Şəkidə iki azyaşlı torpağın altında qalıb
16
iyl
2019
18:54
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Şəki şəhərində iki azyaşlı torpağın altında qalıb.BAKU.WS xəbər verir ki, bu gün saat 17:00 radələrində şəhərin Gəncəli məhəlləsində əraziyə torpaq aparan “ZİL” markalı yük maşını idarə etmədən çıxaraq yolun kənarındakı hasara çırpılıb. Nəticədə yük maşınında olan torpaq ərazidə olan iki azyaşlının üstünə tökülüb. Hadisə zamanı xəsarət alan 2009-cu il təvəllüdlü İsmayıl İlqar oğlu Babayev və 2007-ci il təvəllüdlü Mirağa Taleh oğlu Mehdiyev aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Bərdədə avtomobilin partlaması nəticəsində iki nəfər ölüb - VİDEO (YENİLƏNİB)
Ötən gün Bərdə rayonunda yük avtomobilinin partlaması nəticəsində xəsarət alan 3 nəfərdən ikisi xəstəxanada ölüb.BAKU.WS-in bölgə müxbiri xəbər verir ki, hadisə...