Şəhid İsmayıl Budaqlı Sabirabadda dəfn edilib - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Şəhid İsmayıl Budaqlının nəşi torpağa tapşırılıb.
BAKU.WS “report”a istinadən xəbər verir ki, Ermənistan Silahlı Qüvvələrinin törətdiyi təxribat nəticəsində şəhadətə ucalan, 24 yaşlı Budaqlı İsmayıl Məhərrəm oğlunun nəşi doğulduğu Axtaçı-Muğan kəndinə gətirilib.
Şəhidlə boya-başa çatdığı evdə vida mərasimi keçirilib.
Vida mərasimində şəhidin yaxınları, rayon İcra Hakimiyyətinin rəsmiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyətinnümayəndələri iştirak ediblər.
Şəhid İ.Budaqlı kənd qəbristanlığında torpağa tapşırılıb.
Allah rəhmət eləsin!
Qalereya
Oxşar xəbərlər
Kəlbəcərdə şəhid olan hərbçi dəfn edilib - VİDEO/FOTO - YENİLƏNİB
Ermənistan silahlı qüvvələrinin yanvarın 11-də dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində törətdiyi təxribat nəticəsində şəhid olan hərbi qulluqçumuz Ayaz...