Kəlbəcərdə şəhid olan hərbçi dəfn edilib - VİDEO/FOTO - YENİLƏNİB

Kəlbəcərdə şəhid olan hərbçi dəfn edilib - VİDEO/FOTO - YENİLƏNİB
Foto Video
Hadisə 293

Ermənistan silahlı qüvvələrinin yanvarın 11-də dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində törətdiyi təxribat nəticəsində şəhid olan hərbi qulluqçumuz Ayaz Nəzərov anadan olduğu Tovuz rayonunda dəfn edilib.

BAKU.WS-in APA-ya istinadən xəbərinə görə, şəhid hərbçi Tovuzun Bozalqanlı kənd qəbiristanlığında torpağa tapşırılıb.

Şəhidin dəfn mərasimində hərbçilər, rayon İcra Hakimiyyətinin rəhbərliyi, ictimaiyyət nümayəndələri iştirak edib.

***13:00

Kəlbəcərdə Ermənistan Silahlı Qüvvələrinin törətdiyi təxribat nəticəsində şəhid olan hərbi qulluqçu Ayaz Azər oğlu Nəzərovun nəşi ailəsinə təhvil verilib.

BAKU.WS report-a istinadən xəbər verir ki, şəhidin nəşi Tovuzun Bozalqanlı kəndindəki evinə gətirilib.

Qeyd edək ki, şəhid nişanlı idi və bir neçə gündən sonra toyu olacaqdı. Buna görə də şəhidin anasının istəyi ilə onun yas mağarı toy abu-havasında bəzədilib. Bundan başqa, mağarın içinə toy xonçaları düzülüb.

Şəhid doğulub, boya-başa çatdığı Bozalqanlı kənd qəbiristanlığında dəfn olunacaq.

Allah rəhmət etsin!

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər