Şəhid oğlunun ölüm xəbərinə ürəyi tab gətirməyən ata oğlunun yanında dəfn olundu YENİLƏNİB - FOTO/VİDEO

Şəhid oğlunun ölüm xəbərinə ürəyi tab gətirməyən ata oğlunun yanında dəfn olundu YENİLƏNİB - FOTO/VİDEO
Foto Video
Hadisə 897

Ermənistan tərəfinin təxribatı nəticəsində şəhid olmuş Azərbaycan Ordusunun hərbi qulluqçusu, 1997-ci il təvəllüdlü Vadim Qocayev və onun atası Alik Qocayev dəfn edilib.

BAKU.WS report-a istinadən xəbər verir ki, hər iki şəxs Qobustan rayonunun Sündü kənd qəbiristanlığında torpağa tapşırılıb.

Mərasimdə ictimaiyyət nümayəndələri, sadə vətəndaşlar iştirak ediblər.

*** 09:33

Bakının Binəqədi rayonunda şəhidin nəşi ailəsinə təhvil verilənədək atası bu xəbərə dözməyərək vəfat edib.

BAKU.WS xəbər verir ki, şəhid Vadim Qocayevlə atasının nəşi dəfnə birgə aparılır. Bu barədə yayılan görüntülər isə ürək dağlayır.

Qeyd edək ki, şəhid Vadim Qocayevin həyat yoldaşının hamilə olduğu bildirilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər