Şəhid generalın anası: "5 aydır evə gəlmirdi, gəlişi belə oldu” - VİDEO

15
iyl
2020
11:43
Ötən gün Tovuz istiqamətində döyüşlərdə şəhid olan general-mayor Polad Həşimovun anası Səmayə Həşimova oğlundan danışıb.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, dəfndən sonra jurnalistlərə açıqlama verən S.Həşimova oğlunun qeyrətli bir general olduğunu deyib: “Qeyrətli, general balam. Həmişə millətin dərdini çəkirdi, Vətən dərdi çəkirdi. Beş aydır ki, evə gəlmirdi. Deyirdi ki, ana, koronavirus qurtarsın, gələcəm. Gəlişi belə oldu. Deyirdi ki, əsgərlər də mənim balalarımdır, onları orada qoyub gələ bilmərəm”.
Oxşar xəbərlər
Xanım deputat: “Qızım biləndə instaqramda məni bloka atdı” - VİDEO
O, hər şey üçün tələsib. 6 yaşında məktəbə gedib. 20 yaşı tamam olanda ailə həyatı qurub və ana olub. Dediyinə görə, həyatda həmişə özünü sübut etməyə çalışıb.B...
