Şəfiqə Nağıyevanın oğlu: "Anam xəsarət aldığı üçün..."
Yeniliklərdən dərhal xəbərdar olun
Tanınmış vəkil Şəfiqə Nağıyeva qəza keçirib.
BAKU.WS xəbər verir ki, ötən gün axşam məclislərdən birindən çıxan vəkil yolu keçmək istəyərkən onu avtomobil vurub.
Şəfiqə Nağıyeva ilə əlaqə saxlayıb səhhəti ilə maraqlanmaq istədik. Vəkilin oğlu Samir bəy BAKU.WS-ə açıqlamasında anasının səhhətinin yaxşı olduğunu deyib:
“Bildiyiniz kimi ötən gün anam bədbəxt hadisə ilə üzləşib. Qəza zamanı anam xəsarət aldığı üçün onu təcili olaraq xəstəxanaya çatdırıblar. Daha sonra xəstəxanadan evə buraxılıb. Səhhəti yaxşıdır. Hadisənin necə baş verdiyi haqqında dəqiq nəsə deyə bilmirəm. Çünki həmin vaxt orada olmamışam”.
Xatırladaq ki, Şəfiqə Nağıyevanın qəzaya düşməsi ilə bağlı ilk məlumatı "Show_news" instaqram səhifəsi yayıb.
Oxşar xəbərlər
Azərbaycanda qayınata gəlininə təcavüz etdi: "Zorla taxtın üzərinə oturdub..." - TƏFƏRRÜAT
Balakən rayonunda 1961-ci il təvəllüdlü Teymur Borboşov 2003-cü il təvəllüdlü gəlini Leylaya (ad şərti verilib - red.) təcavüz edib. BAKU.WS “teleqraf.com”a ist...