Şəbnəm Tovuzlunun 350 000 AZN-lik avtomobilini əzdilər - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Müğənni Şəbnəm Tovuzlunun bahalı avtomobilini əziblər.
BAKU.WS xəbər verir ki, sənəçti ATV kanalında yayımlanan "7 canlı" verilişində qonaq olarkən onun maşınının salonunu çəkmək istəyiblər.
Çəkiliş etmək istəyən müxbir avtomobili normal yerə apararkən qəza baş verib və müğənninin maşını əzilib.
Daha sonra bu barədə verilişin aparıcısı Vüsalə Əlizadəyə xəbər verilib. Tovuzlunun avtomobili evakuatorla həyətdən çıxarılaraq təmirə aparılıb.
Xatırladaq ki, Şəbnəm Tovuzlu ötən il "Həmin Zaur" proqramına qonaq olarkən bu maşını 350 000 AZN-ə aldığını deyib.
Sənətçinin bahalı avtomobili "Range Rover" markalıdır.
Oxşar xəbərlər
Bakıda yeni RANGE ROVER modelinin təqdimatı keçirildi - FOTO/VİDEO
Rahat, dəbdəbəli ən əsası ekoloji cəhətdən mükəmməl və orijinal lüks yolsuzluq avtomobili "Yeni Range Rover" modelinin Bakıda təqdimatı keçirilib. Özündən əvvəl...