Şavkat Mirziyoyev Qaraqalpaqda iğtişaşlar zamanı xəsarət alanlardan danışdı

Özbəkistan prezidenti Şavkat Mirziyoyev iyulun 1-də və 2-də Qaraqalpaq Respublikasında iğtişaşlar zamanı dinc əhali və təhlükəsizlik qüvvələri arasında xəsarət alanlar barədə məlumat verib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Mirziyoyevin mətbuat katibi Şerzod Əsədov bildirib.
"Təəssüf ki, dinc sakinlər və hüquq-mühafizə orqanlarının əməkdaşları arasında zərərçəkənlər var", - dövlət başçısı deyib.
Mirziyoyev Qaraqalpaqda baş verən son iğtişaşları ölkənin ərazi bütövlüyünü pozmaq cəhdi adlandırıb.
“Vətəndaşların demokratik prinsiplər və hüquqi normalar əsasında öz fikir və iradəsini sərbəst ifadə etmələri üçün yaradılan şəraitə baxmayaraq, bəzi bədxah qüvvələr etiraz bəhanəsi ilə təcavüz və zorakılıq yolunu seçərək Özbəkistanda sabitliyi pozmağa çalışırlar”, - Özbəkistan Prezidenti əlavə edib.
Oxşar xəbərlər
Tovuzda 4 oğlan bir qıza təcavüz etdi
Tovuz rayonunda 20 yaşlı qıza təcavüz etməkdə təqsirli bilinən rayon sakinləri Mürsəl Kərimov, Nemət Rzayev, Kamal Məmmədov və Elməddin Niyazovun cinayət işi üz...