Şamaxıda qayda pozan “Niva” qəza törətdi - YENİLƏNİB + ANBAAN VİDEO

Şamaxıda qayda pozan “Niva” qəza törətdi - YENİLƏNİB + ANBAAN VİDEO
Video
Hadisə 151

“Niva” markalı avtomobilin yanlış dönmə əməliyyatı icra etməsi səbəbindən baş verən qəza nəticəsində xəsarət alan olmayıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, hadisə iyulun 9-da Şamaxı şəhəri ərazisində qeydə alınıb:

“Niva” markalı avtomobilin sürücüsü dönmə əməliyyatını düzgün icra etmədiyi üçün arxadan gələn "VAZ-2107" markalı avtomobil ilə toqquşub. Hadisə nəticəsində xəsarət alan olmayıb və sürücü barəsində qanunamüvafiq tədbir görülüb”.

***13:31

Şamaxıda yol hərəkəti qaydalarının pozulması yol-nəqliyyat hadisəsinə səbəb olub.

Hadisənin videogörüntüləri sosial şəbəkələrdə yayılıb.

Belə ki, Şamaxıda qeydə alınan qəzaya səbəb “Niva” markalı avtomobilin dönərkən qaydalara əməl etməməsi olub. Nəticədə hərəkətdə olan "VAZ-2107" markalı 44-CF-101 dövlət nömrə nişanlı avtomobil dönmə manevri yerinə yetirən “Niva”ya çırpılıb.

Qəzanın videogörüntülərini təqdim edirik:

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər