Şamaxıda avtomobil radara çırpılıb, sürücü ölüb
Yeniliklərdən dərhal xəbərdar olun
Şamaxı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 18:00 radələrində Bakı-Şamaxı-Yevlax yolunda, Şamaxının Şərədil kəndi ərazisində qeydə alınıb.
99-UB-539 dövlət nömrə nişanlı "Hyundai" markalı minik avtomobili hərəkətdə olarkən sürücü idarəetməni itirib və avtomobil yol kənarındakı radar dirəyinə çırpılıb. Hadisə zamanı avtomobil əzilib, radar dirəyi aşıb, sürücü ağır xəsarət aldığı üçün Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlərin səyinə baxmayaraq, sürücü xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
Oxşar xəbərlər
Azərbaycanda dəhşətli qəza - 2 baş inəyi vurub maşını aşırdı
Bakı-Şamaxı-Yevlax avtomobil yolunda 3 nəfərin ölümü, 3 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.APA-nın yerli bürosunun xəb...