Şamaxıda ana uşağına zəhər içirdi

14
okt
2019
13:15
Şamaxıda ehtiyatsızlıq səbəbindən üç yaşlı uşaq zəhərlənib.BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, bu gün səhər saatlarında Şamaxıda yaşayan 2016-cı il təvəllüdlü Rəhimov Cəlal Cəlil oğlu ehtiyatsızlıq səbəbindən zəhərlənib.Uşağın vəziyyəti ağır olduğundan onu təcili olaraq Bakıya - 1 saylı Kliniki Tibbi Mərkəzə göndəriblər.1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov açıqlamasında səhər saatlarında mərkəzə zəhərləmə ilə azyaşlı uşağın daxil olduğunu təsdiqləyib.O bildirib ki, uşağın vəziyyəti ağır olduğundan Bakıya göndəriblər:“Uşağın vəziyyəti həddindən artıq ağırdır. Anası səhvən uşağa xlorofos məhlulu içirib. Hazırda uşağın vəziyyəti kritikdir.Həkimlər əllərindən gələni edir ki, onu ağır vəziyyətdən çıxarsınlar. Bu dəqiqə üçün heç nə demək mümkün deyil”.
Oxşar xəbərlər
Bakıda mikroavtobus yük avtomobili ilə toqquşdu - 6 yaralı
Bakının Qaradağ rayonu ərazisində (Sahil qəsəbəsinə çatmamış, "NUR" marketin yanında) ağır yol qəzası baş verib.BAKU.WS xəbər verir ki, qəza zamanı mikroavtobus...
