Şahbaz Xuduoğluya ağır itki üz verdi - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
"Qanun" nəşriyyatının direktoru Şahbaz Xuduoğluya ağır itki üz verib.
BAKU.WS xəbər verir ki, naşirin bacısı vəfat edib. O bu haqda sosial şəbəkə hesabında bildirib:
"Bacımın xəstəliyi ilə bağlı yazımdan sonra Türkiyə, Almaniyadan yazıb kömək etmək istədiklərini dilə gətirdilər. Amma, təəssüf, gec oldu, nəsə etmək mümkün olmadı. Kömək təklif edən hər kəsə təşəkkür edirəm. İmkanınız varsa, bizim səhiyyədən uzaq olun. O bataqlığa girməyin. Belə səhiyyəsi olan vətən düşməndir. İran, Türkiyə, Gürcüstana, Pakistana gedin, amma bu düşmənə özünüzü təslim etməyin".
Məlumat üçün bildirək ki, Şahbaz Xuduoğlu millət vəkili Sabir Rüstəmxanlının qardaşıdır.
Oxşar xəbərlər
DİN Şahbaz Xuduoğlunun iddialarına münasibət bildirib - VİDEO
Polis əməkdaşları Bakıda "Qanun" nəşriyyatında karantin qaydalarına əməl edilib-edilməməsi ilə bağlı yoxlama aparıblar. BAKU.WS xəbər verir ki, nəşriyyatın dire...