DİN Şahbaz Xuduoğlunun iddialarına münasibət bildirib - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Polis əməkdaşları Bakıda "Qanun" nəşriyyatında karantin qaydalarına əməl edilib-edilməməsi ilə bağlı yoxlama aparıblar.
BAKU.WS xəbər verir ki, nəşriyyatın direktoru Şahbaz Xuduoğlu buna etiraz edib.
O, polisin bu cür yoxlama aparmasını qanunsuz hesab edib.
DİN-in mətbuat xidmətindən isə bildirilib ki, bütün proseslər qanun çərçivəsində baş verib.
"Şahbaz Xuduoğluya məxsus “Qanun” nəşriyyatında çalışan şəxslər xüsusi karantin qaydalarını belə pozurlar. Qapalı məkan olmasına baxmayaraq, işçilər tənəffüs yollarını qoruyan fərdi qoruyucu vasitələrdən, yəni maskalardan istifadə etmirlər", - deyə məlumatda bildirilib.
Oxşar xəbərlər
Tanış qadınla yad kişini yatağa salıb videoya çəkdi və... - Bakıda DƏHŞƏTLİ OLAY
Bakıda intim əlaqədə olduğu qadını şantaj etməkdə təqsirli bilinən Masallı rayon sakini, 1984-cü il təvəllüdlü Samir Məmmədov və onun dostu Sadiq Əliyevin cinay...