Şabranda qadın dəm qazından boğularaq ölüb
Yeniliklərdən dərhal xəbərdar olun
Şabranda 55 yaşlı qadın dəm qazından boğulub.
BAKU.WS report-a istinadən xəbər verir ki, Şabran rayonunun Dəvəçikənd kənd sakini, 1968-ci il təvəllüdlü Əhmədova Rəsmiyyə Qazəhməd qızı yaşadığı evdə hamam otağında huşsuz vəziyyətdə tapılıb.
Hadisə yerinə Təcili Tibbi Yardım Stansiyasının həkimləri çağırılıb. Huşsuz vəziyyətdə olan qadına ilkin tibbi yardım göstərilərək Şabran Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şabran rayon şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Ana 15 yaşlı qızını kişi ilə tutdu: "Yataq otağında..." - Təfərrüat
Abşeron rayonunda 15 yaşlı qıza qarşı əxlaqsız hərəkətlərdə ittiham olunan Neftçala rayon sakini, 1986-cı il təvəllüdlü Taleh Bağırovun cinayət işi üzrə məhkəmə...