Şabranda 38 yaşlı qadın bıçaqlanıb

Şabranda 38 yaşlı qadın bıçaqlanıb
Hadisə 16

Şabranın Dəvəçi kəndində 38 yaşlı qadın bıçaqlanıb.

BAKU.WS Report-a istinadən xəbər verir ki, 1985-ci il təvəllüdlü Kərimova Aytən Qiyasəddin qızı kürək və ayaq nahiyələrindən çoxsaylı bıçaq xəsarətləri alıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə Şabran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

İlkin məlumata görə, hadisə A.Kərimovanın keçmiş həyat yoldaşı tərəfindən qısqanclıq zəminində törədilib.

Faktla bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər