İş adamı özünü güllələdi - Bir milyon borcu varmış - YENİLƏNİB
Saatlıda baş verən intihar hadisəsinin təfərrüatı məlum olub.
BAKU.WS “Qafqazinfo”ya istinadən xəbər verir ki, rayonun Məzrəli kənd sakini, 1987-ci il təvəllüdlü Telman Ehtiram oğlu Mehtiyev özünü yaşadığı evin qarşısında güllələyib. Ağır xəsarət alan şəxs Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, vəfat edib.
Bildirilir ki, T.Mehtiyev Bakıda ticarətlə məşğul olurmuş və işləri ilə əlaqədar 1 milyon manata yaxın borcu formalaşıb. Bir neçə gün əvvəl pul sahibləri onun ardınca Saatlı rayonuna gediblər, həmçinin barəsində polisə şikayət edilib.
Araşdırmalar davam etdirilir.
***09:46
Saatlıda güllələnmə hadisəsi baş verib.
BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə rayonun Məzrəli kəndində qeydə alınıb.
Hələlik şəxsiyyəti məlum olmayan bir nəfər güllə yarası ilə Saatlı Rayon Mərkəzi Xəstəxanasına daxil olub.Hazırda ona tibbi yardım göstərilir.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Bakıda oğlan tələbələri ilə intim münasibətdə olan dekan niyə qətlə yetirilib? - CİNAYƏT İŞİ
Bakının Xətai rayonunda 1985-ci il təvəllüdlü Əhəd Salahov şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı tanışı İlkin Qurbanovu qətlə yetirib. “Teleqraf”...