Sexdə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB - VİDEO

Sexdə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB - VİDEO
Video
Hadisə 145

Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən nəm salfetkaların istehsalı sexində baş vermiş yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən BAKU.WS-ə verilən xəbərə görə, görülmüş operativ tədbirlərlə alovun genişlənməsinin qarşısı alınıb və yanğın söndürülüb.

***14:40

Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində nəm salfetkaların istehsalı sexində yanğın başlayıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, yanğınla bağlı Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğın baş verdiyi ünvana cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər