Sevgilisinin kartından yemək sifariş etdi, məhkəməlik oldu
Yeniliklərdən dərhal xəbərdar olun
Sevgilisinin bank kartından yemək sifariş verən kişi məhkəməlik olub.
BAKU.WS teleqraf-a istinadən xəbər verir ki, hadisə Bakının Əhməd Rəcəbli küçəsində yerləşən hotellərin birində qeydə alınıb.
Belə ki, 1992-ci il təvəllüdlü X.Məmmədov sevgilisi N.Quliyeva ilə birgə istirahət zamanı onun bank kartından istifadə etməklə mobil tətbiqdən 210 manatlıq yemək sifariş edib.
Qadın gizli olaraq pul vəsaitinin oğurlanmasına görə Abşeron Rayon Polis İdarəsinə ərizə ilə müraciət edib.
Sonda işə Abşeron Rayon Məhkəməsində baxılıb. Məhkəmənin qərarına əsasən, 33 yaşlı X.Məmmədovun azadlığı 1 il 6 ay müddətinə məhdudlaşdırılıb.
Oxşar xəbərlər
Göygöldə evdən meyit tapıldı
Göygöl rayonunda yaşlı kişinin meyiti tapılıb. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə rayonun Balçılı kəndində qeydə alınıb. Belə ki, 1964-cü il təvə...