Sevgilisindən bir milyona yaxın pul tələb edən tiktokerlə bağlı QƏRAR

Bir neçə gün əvvəl sevgilisini şantaj etmə ittihamı ilə həbs edilən tiktoker Aybəniz Xəlilova ev dustaqlığına buraxılıb.
Bu barədə "Qafqazinfo"ya onun vəkili Salman Qasımov məlumat verib.
Vəkil deyib ki, Suraxanı Rayon Məhkəməsinin 4 aylıq həbs qətimkan tədbiri qərarından verdikləri şikayət təmin edilib.
Bakı Apellyasiya Məhkəməsi müvəkkili barəsində seçilmiş 4 aylıq həbsi ev dustaqlığı ilə əvəz edib.
"Bəniz" kimi tanınan tiktoker məhkəmə zalından sərbəst buraxılıb.
Qeyd edək ki, "Bəniz" sevgi münasibətində olduğu Xalid Kərimovun şikayəti ilə cinayət məsuliyyətinə cəlb edilib.
İttihama görə, xanım tiktoker Xalidi müxtəlif foto və videoları ilə şantaj edərək ondan 836 min manat tələb edib.
Ona qarşı Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsinin iki bəndi ilə ittiham elan edilib. Suraxanı Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçmişdi.

Oxşar xəbərlər
Gəncədə qadın özünə kəsici alətlə xəsarət yetirib
Gəncədə gənc qadın özünə xəsarət yetirib. BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Muxtar Hacıyev küçəsində baş verib. Belə ki, 1996-cı il təvəll...