Sevgilisi tərəfindən ölümcül döyülən qadının görüntüləri yayıldı (VİDEO)
Yeniliklərdən dərhal xəbərdar olun
Sevgilisi tərəfindən ölümcül döyülən qadının görüntüləri yayılıb.
BAKU.WS ARB TV-yə istinadən xəbər verir ki, məcburi köçkün Məzahir Fərzəliyev qeyri-rəsmi nikahda olduğu Almaz Əhmədovanı qısqanclıq zəmnində döyərək ağır xəsarətlər yetirib.
Zərərçəkən Almaz Əhmədova: "Mənim 41 yaşım var. Hələ mən bir adamla əlaqədə olmamışam. Ayağını qoydu başımın üstünə və dəmir parçası ilə başıma, beynimə vurdu. Dedi ki, de görüm səni öldürməmiş kiminlə əlaqədə olmusan. Dedim mən nahaq yerə özümə ləkə vura bilmərəm. 3 ildi onunla bərabərəm hələ ona xəyanət etməmişəm”.
Lakin qadın birgə yaşadığı kişini buna inandıra bilməyib. Bunun nəticəsində isə o, aldığı xəsarətlərdən Goran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hadisəni törədən Məzahir Fərzəliyev saxlanılıb.
Faktla bağlı istintaq aparılır.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda İLGİNC HADİSƏ: Sevgilisini ölümcül döyüb polisə zəng vurdu
Goranboy rayonunda kişi qeyri-rəsmi nikahda olduğu qadını öldürməyə cəhd edib. BAKU.WS bildirir ki, bu barədə Trend-ə Goranboy Rayon Prokurorluğundan məlumat v...