Bakıda dəhşətli cinayətin təfərrüatları: Milli Məclisin sektor müdirəsi tamaha görə...

Bakıda dəhşətli cinayətin təfərrüatları: Milli Məclisin sektor müdirəsi tamaha görə...
Hadisə 2694

 

Dünən əri tərəfindən baltalanaraq qətlə yetirilən qadınla bağlı bəzi təfərrüatlar ortaya çıxıb. Lent.az-a bu barədə qətlə yetirilən Fəridə Məcidovanın yaxınları məlumat veriblər.

Onlar bildiriblər ki, F.Məcidovanın övladı olmayıb. 30 ilə yaxın Milli Məclisdə çalışıb və bir neçə il bundan əvvəl təqaüdə çıxıb.  Onun maliyyə durumunun çox yaxşı olduğunu da qeyd edirlər. 

Bir yerdə çalışdığı Milli Məclisin əməkdaşları onun nə qədər dürüst olduğunu və işini çox yaxşı bildiyini deyiblər: "Bir sözlə, əxlaq nümunəsi olub. Hələ də özümüzə gələ bilmirik. O cür qadın heç kəsə ziyan vura bilməzdi".

Yaxınlarının sözlərinə görə, onun əri Məzahir Qasimi ilə aralarında ev söhbəti düşüb. Bundan sonra mübahisə qızışıb və əri tamah məqsədi ilə onu amansızcasına qətlə yetirib.

Qeyd edək ki, sentyabrın 9-da Səbail Rayon Polis İdarəsinin yaydığı məlumata əsasən, Bayıl qəsəbəsi, Xanlar küçəsi ev 10, mənzil 4 ünvanında yaşayan Məzahir Qasımi həyat yoldaşı Fəridəyə balta ilə xəsarət yetirib. Qadın aldığı xəsarətdən hadisə yerindəcə keçinib. Hadisəni törədən M. Qasımi saxlanılıb.

BAKU.WS

Oxşar xəbərlər

Hacıqabulda törədilən dəhşətli qətlin TƏFƏRRÜATI

Hacıqabulda törədilən dəhşətli qətlin TƏFƏRRÜATI

Ötən gün Hacıqabulda baş vermiş dəhşətli qətlin təfərrüatları məlum olub. BAKU.WS report-a istinadən bildirir ki, əslən Kolanı kəndindən olan Rusiya vətəndaşı,...

5245 Hadisə 09:43 19 avqust 2016

Son xəbərlər