Sevgilisi ilə hoteldə görüşdü və ...
01
mar
2019
22:51
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən 1987-ci il təvəllüdlü Günel Hüseynovanın cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.BAKU.WS Trend-ə istinadən xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxsin 17 il azadlıqdan məhrum edilməsini istəyib.Məhkəmənin növbəti iclası martın 7-nə təyin edilib.İttihama görə, ötən il iyunun 25-də gecə saatlarında Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində yerləşən "Qrand" hoteldə Sabunçu rayon sakini G.Hüseynova sevgilisi, 1993-cü il təvəllüdlü Vüqar Atakişiyev ilə hotelin ikinci mərtəbəsindəki otağı kirayələyib. Hoteldə gecələyən zaman tərəflər arasında mübahisə düşüb.Bu zaman qadın bıçaqla oğlanın boğazına, ardınca isə qoltuq nahiyəsinə bir neçə zərbə vurub. V.Atakişiyev boğazından dəyən zərbədən sonra huşunu itirərək yerə yıxılıb və hadisə yerində keçinib.Məlumata görə, G.Hüseynovanın V.Atakişiyevlə bir neçə il sevgi münasibətləri olub.BAKU.WS
Oxşar xəbərlər
Məhkəmə Azərbaycan qadınlarını Türkiyədə satan 26 yaşlı Güneli azadlığa buraxdı
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində insan alverində təqsirləndirilən Günel Hüseynovanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb.BAKU.WS report-a istinad...