Özündən 8 yaş kiçik sevgilisini oteldə öldürən Günelin məhkəməsi başladı
05
fev
2019
16:58
Oteldə özündən 8 yaş kiçik sevgilisini öldürməkdə ittiham edilən qadın hakim qarşısına çıxarılıb.BAKU.WS musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən 1987-ci il təvəllüdlü Günel Hüseynovanın cinayət işi üzrə məhkəmə iclası başlayıb.Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib və məhkəmənin baxış iclası fevralın 12-nə təyin edilib.Qətl hadisəsi ötən il iyunun 25-də Binəqədi rayonundakı “Qrand” oteldə baş verib. Sabunçu rayon sakini G.Hüseynova sevgilisi, 1993-cü il təvəllüdlü Vüqar Atakişiyevi otelin ikinci mərtəbəsində bıçaqlayıb.Məlumata görə, onlar oteldə otaq kirayələyiblər. Oteldə gecələyən zaman tərəflər arasında mübahisə düşüb. Qadın bıçaqla oğlanın boğazına, ardınca isə qoltuq nahiyəsinə bir neçə zərbə vurub. V.Atakişiyev hadisə yerində dünyasını dəyişib. G.Hüseynovaya qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.BAKU.WS
Oxşar xəbərlər
Xırdalanda bacısının sevgilisini döyə-döyə öldürən hakiminin məhkəməsi başladı
Bacısının qeyri-rəsmi nikah münasibətində olduğu şəxsi döyə-döyə öldürməkdə ittiham edilən şəxs hakim qarşısına çıxarılıb.BAKU.WS musavat.com xəbər verir ki, Ba...