Sərxoş vəziyyətdə dava saldı, qardaşı oğlanlarını bıçaqladı - Araq mübahisəsinin TƏFƏRRÜATI
Bakıda kişi qardaşının iki oğlunu bıçaqlayıb.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Qaradağ rayonunun Qızıldaş qəsəbəsində baş verib. Qəsəbə sakini Telman Mustafayev yaşadığı evdə qardaşı Elman Mustafayev və qonşuları Elçinlə birlikdə yeyib-içiblər. Hər üç şəxs həddindən artıq spirtli içki qəbul edəndən sonra arağa görə aralarında mübahisə başlayıb. Onlar bir-birindən yenidən spirtli içki alıb içməyi tələb ediblər.
Elman Mustafayevin iki oğlu - 2002-ci il təvəllüdlü Fərid Mustafayev və 2009-cu il təvəllüdlü Elnur Mustafayev onların yanına gələrək, mübahisəni sakitləşdirmək istəyiblər. Bu vaxt Telman Mustafayev evdən bıçaq götürərək qardaşı Elmana hücum edib. Mübahisə zamanı ona mane olmağa çalışan Fərd və Elnur bıçaq xəsarətləri alıblar.
Yaralılar xəstəxanaya çatdırılıblar, faktla bağlı cinayət işi başlanılıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən T.Mustafayev saxlanılaraq istintaqa təhvil verilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə T.Mustafayev altı il azadlıqdan məhrum edilib.
Oxşar xəbərlər
Yevlaxda kafedə PARTLAYIŞ oldu - TƏFƏRRÜAT
Yevlax rayonunda kafedə baş verən partlayış nəticəsində öldüyü bildirilən şəxs sağ qalıb. BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Aran qəsəbəs...