Şərurda evdən 8 min manatlıq oğurluq edən şəxslər saxlanılıb
Naxçıvan Muxtar Respublikasının (MR) Şərur rayonunda evdən ümumilikdə 8 min manatlıq oğurluq edən iki nəfər saxlanılıb.
"Report"un yerli bürosu xəbər verir ki, Şərur rayonu ərazisində yerləşən evlərin birindən ümumilikdə 8 min manatlıq nağd pul və qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.
Şərur Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübəli bilinən, əvvəllər məhkum olunmuş Sərxan Tahirov və Emin İbrahimov saxlanılıblar.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. S.Tahirov və E.İbrahimov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Ustanın işlədiyi evdə meyiti tapıldı
Göygöl rayonunda ustanın təmir etdiyi evdə meyiti aşkarlanıb. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Göygöl rayonunda usta çalışan, 44 yaşlı R.Hacıyevin mey...