Sərnişinlə dolu Bakı-Sumqayıt qatarına daş atılıb
Dünən axşam saatlarında Bakı-Sumqayıt marşrutu üzrə hərəkət edən sərnişin qatarına Zabrat-Pirşağı sahəsindən keçərkən daş atılıb.
BAKU.WS xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti məlumat yayıb.
Nəticədə qatarın içində sərnişinlərin olduğu 2-ci vaqonunun pəncərələrindən biri sınıb.
"Ümumilikdə, bu ilin yanvar-sentyabr aylarında ADY-nin qatarlarına hərəkətdə olarkən 36 dəfə daş atılıb.
Xatırladırıq ki, bu qanunsuz və məsuliyyətsiz hərəkəti edənlər müvafiq qaydada tapılır və qanunvericilik əsasında cəzalandırılırlar.
ADY bir daha hamımızın sərvəti olan qatarları qorumağa, təhlükəsiz səfərlər üçün həmrəy olmağa çağırır", - qurumdan bildirilib.
Oxşar xəbərlər
"FlyDubai" aviaşirkətinin pilotları və ekipaj üzvləri İrandan Azərbaycan vasitəsilə təxliyə olundular
"FlyDubai" aviaşirkətinin pilotları və ekipaj üzvləri İrandan Azərbaycan sərhədi vasitəsilə təxliyə olunublar. BAKU.WS xəbər verir ki, bu barədə İTV-nin süjetin...