Senyuşkin küçəsindəki yanğın söndürüldü - YENİLƏNİB - VİDEO

Bakı şəhərinin Xətai rayonunda ikimərtəbəli kommunal tipli yaşayış binasının dam örtüyünün yanar konstruksiyaları 170 m² sahədə və qarşısına yığılan taxta tullantıları 80 m² sahədə yanıb.
Bu barədə BAKU.WS-ə FHN-dən məlumat verilib.
Yüksək temperaturdan yaxınlıqdakı üçmərtəbəli fərdi yaşayış evinin 3-cü mərtəbəsində 2 ədəd pəncərə çərçivəsi qarsalanıb.
Binanın qalan hissəsi və yaxınlıqdakı ev yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
***16:05
Xətai rayonu, Sergey Senyuşkin küçəsində sexlərdən birində baş verən yanğın səbəbindən qeyd olunan küçədən Yusif Səfərov və Xocalı prospekti istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.
Bu barədə NİİM-dən bildirilib.
***14:04
Bakıda yanğın səbəbindən avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub.
Bu barədə NİİM-dən bildirilib.
Qeyd edilir ki, Xətai rayonu, Sergey Senyuşkin küçəsinde sexlərdən birində baş verən yanğın səbəbindən qeyd olunan küçədən Yusif Səfərov və Xocalı prospekti istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub.
***13:43
Bakıda Xətai rayonu ərazisində yanğın hadisəsi baş verib.
Bu barədə BAKU.WS-in "qaynar xətti"nə məlumat daxil olub.
Şahidlərin dediyinə görə, yanğın “Sevirəm” park kompleksinin yaxınlığında yerləşən yaşayış binasında qeydə alınıb.
Görüntünü təqdim edirik:
Oxşar xəbərlər
Bakıda ticarət obyektində baş verən yanğın söndürüldü - YENİLƏNİB-1/ VİDEO
Məlumat verildiyi kimi, Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, 3016-cı məhəllədə yerləşən ikimərtəbəli ictimai iaşə obyektində baş vermiş yanğın...
