“Səni Axtarıram”da üstü açılan cinayətlə bağlı ŞOK FAKT: Öldürən başqası imiş... - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Ağcabədidə iki il öncə törədilən qətlin yeni təfərrüatları məlum olub. İstintaqla müəyyənləşib ki, Yevlax rayonunun Bəydinli kənd sakini 60 yaşlı Faxrəndə İbrahimovanı həyat yoldaşının qardaşı oğlu öldürüb.
BAKU.WS-in "ARB Xəbər"ə istinadən məlumatına görə, 30 yaşlı Seymur Cəfərov əmisi oğlunun həyat yoldaşı Əfsanə Cəfərova ilə gizli münasibətdə olub.
Qətlin törədildiyi gün, 2020-ci il fevralın 22-si gecə saat 01:00 radələrində Seymur Əfsanəgildə olub. Bundan qadının qayınanası Faxrəndə İbrahimova xəbər tutub. Bu faktın ortaya çıxmaması üçün Seymur Cəfərov yaşlı qadını yastıqla boğub.
O, növbəti gün evinin həyətində ölü vəziyyətdə tapılıb.
Oxşar xəbərlər
Ağcabədidə qayınananı gəlininin sevgilisi öldürübmüş - RƏSMİ
Ağcabədidə qadının qohumu tərəfindən öldürüldüyü məlum olub. Baş Prokurorluqdan BAKU.WS-ə verilən məlumata görə, 1962-ci il təvəllüdlü Faxrəndə İbrahimovanın 20...