Ağcabədidə qayınananı gəlininin sevgilisi öldürübmüş - RƏSMİ
Yeniliklərdən dərhal xəbərdar olun
Ağcabədidə qadının qohumu tərəfindən öldürüldüyü məlum olub.
Baş Prokurorluqdan BAKU.WS-ə verilən məlumata görə, 1962-ci il təvəllüdlü Faxrəndə İbrahimovanın 2020-ci ilin fevral ayının 23-də Ağcabədi şəhərində yerləşən evinin həyətində ölmüş vəziyyətdə aşkar olunması faktı üzrə Azərbaycan Respublikası Baş prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması İstintaq idarəsinə həvalə edilib.
İstintaqla 1992-ci il təvəllüdlü, Yevlax rayonunun Bəydilli kənd sakini Cəfərov Seymur Elxan oğlunun 22.02.2020-ci il tarixdə saat 01 radələrində əmisi oğlunun yaşadığı evdə olarkən onun arvadı Əfsanə Cəfərova ilə yaxın münasibətdə olmasının ifşa edilməsinin qarşısını almaq məqsədilə bundan xəbərdar olan sonuncunun qayınanası Faxrəndə İbrahimovanı çarpayıda uzanıqlı vəziyyətdə yastıqla ağız nahiyəsinə sıxıb qəsdən həyatdan məhrum etməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Seymur Cəfərov 08.02.2022-ci il tarixdə Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Oxşar xəbərlər
Baş Prokurorluq "Səni axtarıram" verilişində baş verənlərlə bağlı açıqlama verdi
Baş prokuror Ağcabədidə gəlinin qayınanasını öldürməsi iddiasını xüsusi nəzarətə götürüb. Bu barədə BAKU.WS-ə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat veri...