Şəmkirdə piyada ölümü ilə nəticələnən ağır qəza baş verib
Şəmkirdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS xəbər verir ki, hadisə bu gün saat 05:05-də Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Şəmkir rayonunun Əliyaqublu kəndi ərazisindən keçən 397-ci kilometrində qeydə alınıb.
Belə ki, 1990-cı il təvəllüdlü Ağstafa rayonu, Eynallı kənd sakini Səbuhi Mahmud oğlu Mustafayev idarə etdiyi 05-BJ-757 dövlət qeydiyyat nişanlı, "Mercedes-Benz Vito" markalı avtomobil ilə Qazax istiqamətində hərəkətdə olarkən qadın piyadanı vurub. Nəticədə piyada hadisə yerində ölüb.
Aparılan istintaq tədbirləri zamanı piyadanın şəxsiyyəti müəyyən edilib.
Ölən şəxs 1972-ci il təvəllüdlü Şəmkir rayonu Mahmudlu kənd sakini Təravət Azad qızı İsrafilovadır.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Kütləvi dava zamanı törədilən qətldə şübhəli bilinən iki nəfər həbs olundu
Bakıda ölümlə nəticələnən kütləvi davada Ceyhun adlı şəxsi qətlə yetirməkdə və cinayətkar birlik yaratmaqda şübhəli bilinən şəxslərdən iki nəfər barəsində qərar...