Şəmkirdə eyni vaxtda iki qəza olub: Dörd nəfər xəsarət alıb

Şəmkirdə eyni vaxtda iki qəza olub: Dörd nəfər xəsarət alıb
Hadisə 22

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə zamanı VAZ markalı maşın digər minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində xəsarət alan iki nəfər xəstəxanaya yerləşdirilib.

Digər hadisə isə Şəmkir-Gədəbəy yolunda qeydə alınıb. VAZ-21015 markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Nəticədə iki nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb ediliblər. Hər iki faktla bağlı araşdırma aparılır.

Son xəbərlər