Şəmkirdə ət dükanlarının fəaliyyəti bərpa edilib - YENİLƏNİB

Şəmkir rayonunda ət dükanlarının fəaliyyəti bərpa edilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, Şəmkir Rayon İcra Hakimiyyətinin nəzarətə götürdüyü məsələ öz həllini tapıb.
Bu gün səhər saatlarından başlayaraq rayonda ət dükanlarının fəaliyyəti bərpa olunub.
Qeyd edək ki, Şəmkirdə ət kəsim mərkəzlərində qiymətlərin artırılması səbəbindən qəssablar son bir neçə gündə öz fəaliyyətlərini dayandırmışdılar.
*** 15.05.2025 18:28
Şəmkirdə qəssabların işləməməsi, ət dükanlarının bağlanması məsələləri araşdırılır.
BAKU.WS report-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə Şəmkir rayonunda ət dükanlarının bağlanması və satıcıların işi dayandırması ilə bağlı məlumatlar yayılıb.
Yerli sakinlərin iddiasına görə, ət kəsimi məntəqələrində xidmət haqlarının artırılması nəticəsində satıcılar fəaliyyətlərini dayandırıblar.
Əvvəllər iribuynuzlu heyvanların kəsimi üçün 18 manat, xırdabuynuzlu heyvanların kəsimi üçün isə 12 manat tələb olunduğu halda, bu məbləğin 25-30 manata qədər yüksəldiyi qeyd olunub.
Şəmkir Rayon İcra Hakimiyyətindən bildirilib ki, məsələ nəzarətə götürülüb, bu barədə tədbir görülür və sabahdan ət dükanlarının fəaliyyəti bərpa olunacaq.
Oxşar xəbərlər
Krımda güclü partlayış anı videoya düşüb
İnternetdə Krımda güclü partlayış anının görüntüləri yayılıb. BAKU.WS xəbər verir ki, kadrlar yerli teleqram kanallarında paylaşılıb. Bildirilib ki, ərazidə gü...
