Sel suları Zaqatalada fəsadlara səbəb olub
08
iyn
2024
12:46
Sel suları Zaqatalanın Yuxarı Tala kəndində təsərrüfatlara ziyan vurub.
BAKU.WS report-a istinadən xəbər verir ki, dünən axşam saatlarında rayonun Yuxarı Tala kəndi ərazisinə yağan yağışdan sonra kənd ərazisindən keçən çay məcrasından çıxaraq həyətlərə dolub, təsərrüfatlara və həyətyanı sahələrə ziyan vurub.
Sel suları kənd sakini Mövləddin Qurbanəliyevə məxsus 20-dən artıq arı ailəsini aparıb, arıçılıq məhsullarını məhv edib.
Nəticədə arıçıya 20 min manata yaxın ziyan dəyib.
Oxşar xəbərlər
Güclü leysan İsmayıllıda fəsadlar törədib: 250 başa yaxın heyvanı sel aparıb - YENİLƏNİB + FOTO/VİDEO
Güclü leysan yağışları İsmayıllı rayonunun Mollaisaqlı kəndində fəsadlar törədib. APA-nın Şirvan bürosu xəbər verir ki, yağan güclü yağış nəticəsində evlərə və...