Şəkidə 85 yaşlı kişi evdə yanaraq ölüb
Yeniliklərdən dərhal xəbərdar olun
Şəkidə 85 yaşlı kişi fərdi yaşayış evində yanaraq ölüb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, gecə saat 02 radələrində rayonun Bideyiz kəndində, kənd sakini 85 yaşlı Əli Saat oğlu Xasiyevə məxsus, ümumi sahəsi 100 m² olan kürsülü birmərtəbəli iki otaq və eyvandan ibarət olan fərdi yaşayış evində yanğın baş verib.
Yanğın nəticəsində evin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə yanıb. Yanğından sonra keçirilən baxış zamanı ev sahibi Ə. Xasiyevin yanmış meyiti aşkar olunub.
Yanğının söndürülməsi üçün əraziyə Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb olunub.
Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Oxşar xəbərlər
Həkimin öldü dediyi körpə morqda 4 saat sağ qalıb
ABŞ-nin Arizona ştatında hovuzda boğulma təhlükəsi keçirən 18 aylıq körpə həkimin səhlənkarlığı nəticəsində ölü elan edilərək morqa aparılıb. Körpənin təxminən...