Şəhidlər xiyabanında dəfn olunan naməlum beş yaşlı uşağın meyit qalıqları ekshumasiya edilib
Yeniliklərdən dərhal xəbərdar olun
Şəhidlər xiyabanında dəfn olunan naməlum beş yaşlı uşağın meyit qalıqları ekshumasiya edilib.
BAKU.WS xəbər verir ki, bunu report-a müsahibəsində Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov deyib.
Onun sözlərinə görə, I Şəhidlər xiyabanında "Xocalıdan 5 yaşlı qız" adı ilə dəfn edilmiş şəxsə aid məzar da Dövlət Komissiyası və Baş Prokurorluğun həyata keçirdiyi tədbirlər çərçivəsində cari ilin may ayında ekshumasiya edilib:
"Məzarda aşkarlanmış meyit qalıqlarının eyniləşdirilməsi məqsədilə zəruri araşdırma işləri aparılır. Araşdırmanın nəticələri ilə bağlı Azərbaycan ictimaiyyətinə, o cümlədən kütləvi informasiya vasitələrinə məlumat veriləcək".
Oxşar xəbərlər
14 yaşlı qız anasının zorakılığına görə sığınacağa yerləşdirildi
Atasını itirdikdən sonra anası ilə yaşayan 14 yaşlı yeniyetmə qızın zorakılığa məruz qaldığı bildirilir. Hazırda o, sığınacaqda qalır və ilk dəfə təhsil almağa...