Səhər saatlarından Sumqayıtı qara tüstü bürüyüb – VİDEO

27
iyn
2019
12:11
Sumqayıtda avtovağzalın yaxınlığında oteldə yanğın baş verməsilə bağlı yayılan xəbərlə bağlı Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətindən BAKU.WS-ə açıqlama verilib.Bildirilir ki, yanğınla bağlı “qaynar xətt”ə məlumat daxil olmayıb. Şəhərə yayılan qara tüstünün səbəbi isə Sumqayıtda Səməd Vurğun küçəsində yerləşən zavoddur.Məlum olub ki, havaya buraxılan tüstünün mənbəyi "Azərkimya" İstehsalat Birliyinin Etilen-Polietilen zavodudur.Məsələ ilə bağlı "Azərkimya" İstehsalat Birliyinin Mətbuat katibi APA-nın yerli bürosuna açıqlama verib. Rafiq Oday bildirib ki, zavodda 2020-ci ilin birinci rübündə yekunlaşdırılması planlaşdırılan modernizasiya işləri gedir:“Bu texnoloji proseslər yekunlaşana qədər 30-45 gündən bir planlı şəkildə bu hal baş verəcək. Yeni qurğular tikildiyi, yeni avadanlıqlar quraşdırıldığı üçün texnoloji prosesin tərkib hissəsi olaraq belə tüstülər havaya buraxılacaq, əks halda zavodda partlayışlar ola bilər.Bu, tərkibi təmizlənmiş tüstüdür və havaya buraxılan zaman heç bir zərərli maddə yaranmır. Təmir, quraşdırma işləri tam başa çatdıqdan sonra heç bir tüstüləmə olmayacaq”.

Oxşar xəbərlər
Bakıda 3 mərtəbəli bina yandı – VİDEO
Bakıda 3 mərtəbəli binada güclü yanğın baş verib.Bu barədə hadisə şahidləri BAKU.WS-in “qaynar xətti”nə məlumat veriblər. Bildirilir ki, hadisə Nəsimi rayonunda...