“Sədərək” gömrük postunda yük maşınında 250 ədəd patron aşkar edilib
16
yan
2024
18:08
Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin "Sədərək” gömrük postunda Türkiyədən İrana gedən yük maşınında patron aşkar edilib.
BAKU.WS-in Komitəyə istinadən verdiyi məlumata görə, Azərbaycan ərazisindən tranzit keçən yük nəqliyyat vasitəsi stasionar rentgen qurğusunda yoxlamaya cəlb olunub.
Müşahidə monitorunda şübhəli təsvirlərin görülməsi səbəbindən yük nəqliyyat vasitəsində aparılan əsaslı yoxlama zamanı kabinin müxtəlif yerlərindən ov silahı üçün 250 ədəd patron aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Mebeldən 43 kq narkotik çıxdı - VİDEO
Gömrükçülərin həyata keçirdiyi növbəti uğurlu əməliyyat nəticəsində 43 kiloqramdan artıq narkotik vasitə - həşişin ölkənin gömrük sərhədindən qaçaqmalçılıq yolu...