Sarayda sexdə YANĞIN

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Abşeron rayonu, Saray qəsəbəsi ərazisində sexdə yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə FHN-dən bildirilib.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində sexdə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində sexin ərazisində hər birinin tutumu 200 litr olan 6 ədəd dəmir çəlləklərin içərisində həlledici qalıqları, 10 p.m. elektrik kabeli, 20 ədəd taxta tara, ümumi sahəsi 1500 m² olan birmərtəbəli toz boya istehsalı sexinin içərisində 2 m² sahədə karton qutular yanıb.
Sex yanğından mühafizə olunub.
Oxşar xəbərlər
Naxçıvanda qohumunu öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb
Şərur rayonunda qohumunu öldürməkdə şübhəli bilinən şəxs tutulub. BAKU.WS xəbər verir ki, bu barədə Şərur Rayon Prokurorluğundan bildiriblər Qeyd olunub ki, iyu...