Samuxda qonşusunu qəsdən öldürməkdə şübhəli şəxs tutulub
Yeniliklərdən dərhal xəbərdar olun
Samuxda qonşusunu qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub.
BAKU.WS xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin Mətbuat xidmətləri birgə məlumat yayıb.
Qeyd olunub ki, iyunun 29-da Samux rayonu, Burunqovaq kənd sakini 1937-ci il təvəllüdlü Yahuzə Bəkirovanın yaşadığı evdə üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar olunması ilə bağlı Samux Rayon Prokurorluğuna məlumat daxil olub.
Həyata keçirilən tədbirlərlə zərərçəkmiş Yahuzə Bəkirovanın həmkəndlisi 1987-ci il təvəllüdlü Arzu Alıyev tərəfindən aralarında yaranmış şəxsi münasibətlər zəminində baş verən münaqişə zamanı qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Samux rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi (qəsdən adam öldürmə) ilə cinayət işi başlanıb, A.Alıyev saxlanılaraq istintaqa təhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.
Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Problemin həlli Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzarətə götürülüb və ərazi aidiyyəti üzrə DYP əməkdaşlarının təşəbbüsü ilə təhlükə aradan qaldırılıb....