Samuxda narkotik yetişdirən şəxs saxlanılıb - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Samux Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə yetişdirməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş rayon sakini Elşən Əsədov saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, şübhəli şəxsin fərdi yaşayış evinin həyətyanı sahəsindən xüsusi aqrotexniki qaydada qulluq etməklə yetişdirdiyi narkotik xassəli çətənə olması müəyyən edilib.
Əraziyə baxış zamanı oradan ümumi çəkisi 10 kiloqramdan çox olan narkotik xassəli çətənə kolları aşkarlanaraq götürülüb.
Oxşar xəbərlər
Qazaxda çətənə yetişdirən şəxs saxlanıldı
Qazax Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək...