Goranboyda narkotik yetişdirən şəxs saxlanılıb - FOTO

Goranboyda narkotik yetişdirən şəxs saxlanılıb - FOTO
Foto
Hadisə 117

Goranboy Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, polis əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Qızılhacılı qəsəbə sakini Ülfət Qurbanovun özünə məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində xüsusi aqrotexniki qaydada qulluq etməklə yetişdirdiyi narkotik xassəli çətənə - Kannabis bitkiləri aşkarlanaraq götürülüb. Əraziyə baxış zamanı oradan 23 ədəd ümumi çəkisi 5 kq 700 qram olan narkotik çətənə kolları aşkar edilərək götürülüb.

Götürülmüş maddi sübutlar müvafiq ekspertizaya təqdim olunub.

Faktla RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Oxşar xəbərlər

Şəmkirdə narkotik yetişdirən qadın saxlanılıb - FOTO/VİDEO

Şəmkirdə narkotik yetişdirən qadın saxlanılıb - FOTO/VİDEO

Şəmkir Rayon Polis Şöbəsinin (RPŞ) Zəyəm Polis Bölməsinin (PB) əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdir...

383 Hadisə 10:30 27 iyul 2021

Son xəbərlər