Həyətində narkotik əkən şəxs ələ keçdi - FOTO

Həyətində narkotik əkən şəxs ələ keçdi - FOTO
Foto
Hadisə 163

Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan BAKU.WS-in bölgə müxbirinə verilən məlumata görə, iyul ayının 7-də Şəmkir RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Nəriman Cəfərova məxsus, Şəmkir-Çinarlı avtomobil yolunun sol tərəfində yerləşən pay torpaq sahəsindən xüsusi aqrotexniki qaydada qulluq edilmiş narkotik xassəli çətənə - Kannabis bitkiləri aşkarlanaraq götürülüb.

Hal şahidlərinin iştirakı ilə torpaq sahəyə baxış zamanı oradan 13 ədəd çətənə kolu aşkar olunub. Bundan başqa N. Cəfərova məxsus yardımçı tikiliyə baxış zamanı 460 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Götürülmüş maddi sübutlar bioloji ekspertizaya təqdim olunub. Dindirilmə zamanı N. Cəfərov çətənə kollarını özü şəxsi istifadə məqsədi ilə becərdiyini bildirib.

Oxşar xəbərlər

Cinlərə qonaqlıq verən ana-bala falçı həbs edildi — TƏFƏRRÜAT

Cinlərə qonaqlıq verən ana-bala falçı həbs edildi — TƏFƏRRÜAT

Falçı Hüseyn Əlizadə və onun anası Lalə İbrahimova küllü miqdarda dələduzluq etdiklərinə görə Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən saxlanılıblar.Məşhur ana-b...

17510 Hadisə 11:45 13 iyul 2018

Son xəbərlər