Samuxda evdən 86 yaşlı qadının yanmış meyiti aşkarlanıb
29
iyn
2025
19:39
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Samuxda evdən qadın meyiti tapılıb.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Burunqovaq kəndində qeydə alınıb.
Belə ki Burunqovaq kənd sakini 1939-cu təvəllüdlü Y.Bəkirovanın yanmış meyiti aşkar edilib. Dərhal hadisə yerinə Samux rayon polis şöbəsinin və rayon prokurorluğunun əməkdaşları cəlb edilib.
Məlumata görə, yaşlı qadının üzərində xəsarətlər olub. Qadının evdə tənha yaşadığı bildirilir. Hadisənin şəxs və ya şəxslər tərəfində törədildiyi araşdırılır.
Faktla bağlı araşdırma davam etdirilir.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Problemin həlli Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzarətə götürülüb və ərazi aidiyyəti üzrə DYP əməkdaşlarının təşəbbüsü ilə təhlükə aradan qaldırılıb....