Samuxda 54 yaşlı kişini maşın vurdu, vəziyyəti ağırdır
23
iyl
2021
22:07
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Samux rayonunda 54 yaşlı piyadanı avtomobil vurub.
BAKU.WS-in yerli bürosunun verdiyi məlumata görə, hadisə rayonun Kolayır kəndində baş verib.
İlkin məlumata görə, 1967-ci il təvəllüdlü Rəhimov Aydın Rəşid oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub. Piyada ətrafdakı insanların yardımı ilə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib və hazırda vəziyyəti ağırdır.
Faktla bağlı araşdırmalara başlanılıb, hadisəni törədən sürücünün şəxsiyyəti dəqiqləşdirilir.
Oxşar xəbərlər
6 qadının öldüyü kənd: "Yeznəm qızlarının və arvadının ölümündən xəbərsizdi" (FOTO)
Biz Bağırovlar ailəsinin yaşadığı ünvana çatanda heç kəsin ayaq üstə dayanmağa taqəti qalmamışdı. Kimi həyətin hasarına söykənmişdi, kimi də taybatay açılmış da...