Şamaxıda "Shacman" dərəyə aşdı: Ölən var
Yeniliklərdən dərhal xəbərdar olun
Şamaxıda avtomobil qəzası nəticəsində avtomobildə sıxılı vəziyyətdə qalmış şəxsin meyiti çıxarılıb.
BAKU.WS xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, FHN-nin "112" qaynar telefon xəttinə Şamaxı rayonu, Çöl Göylər kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar hadisə yerinə nazirliyin ən yaxınlıqda yerləşən xilasetmə qüvvələri cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Shacman" markalı yük avtomobili dərəyə aşıb və 1 nəfərin meyiti avtomobildə sıxılı vəziyyətdə qalıb.
Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən həyata keçirilən tədbirlər nəticəsində meyit nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Problemin həlli Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzarətə götürülüb və ərazi aidiyyəti üzrə DYP əməkdaşlarının təşəbbüsü ilə təhlükə aradan qaldırılıb....