Salyanda narkotik alverçisi saxlanılıb

Salyanda narkotik alverçisi saxlanılıb
Hadisə 80

Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon sakini, əvvəllər məhkum olunmuş Rizvan İbrahimov şübhəli şəxs qismində saxlanılıb.

Onun üzərinə keçirilən baxış zamanı satış məqsədilə qablaşdırılmış 1.6 qram metamfetamin, 11 qramdan çox heroin və 3 qrama yaxın marixuana, yaşadığı evdən işə 255 qram heroin və 475 qram marixuana aşkar edilib.

Dindirilmə zamanı R.İbrahimov qanunazid əməllə məşğul olduğunu etiraf edib.

Faktla bağlı Salyan RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər