Salyanda mikroavtobus aşıb, 8 nəfər xəsarət alıb - YENİLƏNİB - VİDEO

Salyanda mikroavtobus aşıb, 8 nəfər xəsarət alıb - YENİLƏNİB - VİDEO
Video
Hadisə 98

Bu gün saat 12:30 radələrində Ələt-Astara-İran dövlət sərhədi avtomobil yolunun Salyan rayonunun Qırxçıraq kəndi ərazisindən kecən 45-ci kilometirliyində 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, Neftçala rayon sakini Abdulla Əsgərovun Salyan-Şirvan marşrut xətti üzrə idarə etdiyi “Mercedes” markalı, 99-SK-685 dövlət qeydiyyat nişanlı mikroavtobus yoldan çıxaraq aşıb. Qəza nəticəsində 2 nəfər xəsarət alıb, 6 nəfər sərnişinə isə ilkin tibbi yardım göstərilib.

Hadisə yerinə DYP və digər aidiyyəti qurumların əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

***15:39

Salyan rayonunun Qırxçıraq kəndi ərazisində mikroavtobusun aşması nəticəsində səkkiz nəfərin xəsarət aldığı məlum olub.

Bunlar Salyan sakini, 1964-cü il təvəllüdlü İlqar Dursun oğlu Əsgərov, 2006-cı il təvəllüdlü Aysun Elmir qızı Əsədova, 1960-cı il təvəllüdlü Telman Sabir oğlu Əzizov, 1950-ci il təvəllüdlü Qönçə Habil qızı Rəhimova, 1951-ci il təvəllüdlü Südabə Allahverən qızı Mehdiyeva, 1969-cu il təvəllüdlü Nigar Məzahim qızı Qarayeva, 1957-ci il təvəllüdlü Qətibə Seyfulla qızı Əliyeva və Neftçala rayon sakini, 1990-cı il təvəllüdlü Aysel Valeh qızı Əsgərovadır.

Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.//report

Son xəbərlər