Salyanda evdə partlayış - Bir nəfər yaralanıb

Salyanda evdə partlayış - Bir nəfər yaralanıb
Hadisə 120

Salyanda evdə partlayış baş verib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, Salyan şəhərində beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində, ümumi sahəsi 60 m² olan 3 otaqlı mənzildə yanğınla nəticələnən partlayış baş verib.

Yanğın nəticəsində mənzilin 1 otağının yanar konstruksiyaları və içərisində olan ev əşyaları 20 m² sahədə yanıb.

Partlayış dalğasının təsirindən mənzilin 2 ədəd pəncərə çərçivəsi yerindən çıxıb. Hadisə zamanı 34 yaşlı Zamiq Zakir oğlu Məziyev 3-cü dərəcəli yanıq xəsarəti ilə Salyan rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Partlayışa səbəb evdə qaz sızması olub.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Son xəbərlər