Salyanda çətənə kolları yetişdirən keçmiş məhkum saxlanıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotik xassəli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Orxan Bağırov saxlanılıb.
BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, onun yaşadığı ünvana və həyətyanı sahəyə baxış keçirilən zaman aqrotexniki qaydada qulluq göstərilərək yetişdirilmiş, ümumi çəkisi 27 kiloqram olan 101 ədəd çətənə kolu aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə Orxan Bağırov barəsində həbs qətimkan tədbiri seçilib.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Problemin həlli Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzarətə götürülüb və ərazi aidiyyəti üzrə DYP əməkdaşlarının təşəbbüsü ilə təhlükə aradan qaldırılıb....