Salyanda avtomobil 26 yaşlı gənci vurdu
01
noy
2021
23:46
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Salyanda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, hadisə Salyan şəhərində qeydə alınıb. Rayonun Şorsulu kənd sakini, 1995-ci il təvəllüdlü Sabirzadə Sabir Şəhriyar oğlu yolu keçərkən “Moskviç” markalı avtomobil onu vurub.
Müxtəlif xəsarətlər alan yaralı Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Azərbaycanda qayınata gəlininə təcavüz etdi: "Zorla taxtın üzərinə oturdub..." - TƏFƏRRÜAT
Balakən rayonunda 1961-ci il təvəllüdlü Teymur Borboşov 2003-cü il təvəllüdlü gəlini Leylaya (ad şərti verilib - red.) təcavüz edib. BAKU.WS “teleqraf.com”a ist...